Yeni Makqreqor olmaq istəyir

Rusiyalı kikboksçu Vladislav Tuynov döyüş dünyasındakı ambisiyalarından danışıb. SİA xəbər verir ki, o, bu barədə “Çhampionat”ın müxbiri Yəhya Həsənovla eksklüziv söhbətində bildirib. “Mən yumruq döyüşü dünyasında Konor Makqreqor olmağa hazırammı? Niyə də olmasın? Düşünürəm ki, uzun illəri buna həsr etmişəm, sənayeni daxildən tanıyıram və uzun müddətdir ki, onu izləyib təhlil edirəm. Hətta gənc yaşlarımda Avropaya səyahət etmişəm, beynəlxalq arenalarda çıxış etmişəm. 14-15 yaşımda peşəkar karyerama başlamışam və döyüş sənətinin nəyə ehtiyacı olduğunu çox yaxşı bilirəm. Keyfiyyətli məhsul olduğumu sübut etmək üçün hər cür imkanım var, hər şeyə nail olacağam və bunun yumruq döyüşü və ya peşəkar boks olmasının fərqi yoxdur”, – deyə Tuynov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə