Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında ilk matçını keçirəcək. SİA xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç millisi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Gümüş Avropa Liqasında ilk turun oyunları İsveçdə keçiriləcək. Azərbaycan millisi növbəti görüşünü sabah Gürcüstan millisi ilə qarşılaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə