"Real Madrid”in hücumçusu Kilian Mbappe Fransa millisinin heyətində rekorda imza atıb. SİA xəbər verir ki, forvard yığmanın heyətində ən çox qol vuran sabiq hücumçu Tyeri Anrinin rekordunu təzələyib. Ətraflı Fransanın İspaniyaya 4:5 hesabı ilə uduzduğu UEFA Millətlər Liqasının yarımfinalında Mbappe həm qol vurub və məhsuldar ötürmə edib. Beləliklə, o, yığmadakı məhsuldar hərəkətlərinin sayını 80-ə çatdırıb (49 qol, 31 qol ötürməsi). Bununla da 26 yaşlı futbolçu Anrinin rekordunu qırıb (51 qol və 27 qol ötürməsi).
Bütün xəbərlər Facebook səhifəmizdə