İspaniyanın “Barselona” komandasının futbolçusu Lamin Yamal La Liqanın geridə qalan mövsümündə mükafata layiq görülüb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
17 yaşlı vinger 2024-2025-ci illər mövsümündə ölkə çempionatında oynayan 23 yaşadək futbolçular arasında ən yaxşı seçilib.
Qeyd edək ki, Lamin Yamal Kataloniya təmsilçisinin heyətində ötən mövsüm ümumilikdə 55 oyunda 18 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə