Hindistanın Banqalor şəhərində "Royal Challengers" kriket klubunun çempionluq mərasimi zamanı faciə yaşanıb. SİA xəbər verir ki, tədbir zamanı yaranan izdihamda ən azı 11 nəfər ölüb, 30-dan çox insan yaralanıb. Bu barədə AP məlumat yayıb.
On minlərlə azarkeş, "Royal Challengers"in Hindistan Premyer Liqasındakı ilk uğurunu qeyd etmək üçün stadionun kənarına toplaşıb. İzdiham stadionun qapılarından birini sındırmağa və tədbirə qoşulmaq üçün içəri girməyə çalışıb. Hadisə də bu zaman baş verib.
Zərərçəkənlərin əksəriyyətinin vəziyyəti stabildir və onlar ambulator müalicə alırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə