Gümüş Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün ilk turun oyunları üçün İsveçə yola düşüb. Bu barədə SİA-ya Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yığma yarışdakı ilk matçını iyunun 6-da ev sahibi İsveç seçməsinə qarşı keçirəcək. Komandanın növbəti qarşılaşması iyunun 7-də baş tutacaq. Həmin gün rəqib Gürcüstan kollektivi olacaq.
Qeyd edək ki, Azərbaycan millisinin Gümüş Avropa Liqasındakı ikinci tur oyunları 13-15 iyun aralığında Bakıda, üçüncü tur isə 20-22 iyun aralığında Farer adalarında təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə