2025-ci ildə bütün turnirlərdə ən çox qol vuran futbolçular müəyyənləşib. SİA Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Fransa millisinin və İspaniyanın "Real" klubunun hücumçusu Kilian Mbappe qərarlaşıb.
O, klub və milli səviyyəsində 29 qola imza atıb.
Başa çatan mövsümdə icarə əsasında Türkiyə təmsilçisi "Qalatasaray"da çıxış edən Nigeriya yığmasının üzvü Viktor Osimhen (28 qol) ikinci sırada yer alıb.
İlk "3-lüy"ü 27 qolla Portuqaliyanın "Sportinq" komandasının isveçli forvardı Viktor Dyekereş tamamlayıb.
Qeyd edək ki, siyahı tərtib olunarkən 1 yanvar - 31 may aralığındakı oyunlar nəzərə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə