PSJ-nin yarımmüdafiəçisi Marko Asensio növbəti mövsüm Paris klubunun planlarında yer almır. SİA xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb. Mənbənin bildirdiyinə görə, Fransa çempionu 29 yaşlı futbolçunu satışa çıxarıb və onun üçün 20 milyon avro qiymət müəyyən edib. Yarımmüdafiəçinin hazırda icarə əsasında çıxış etdiyi “Aston Villa”nın onu birdəfəlik transfer etməsi istisna olunmur. Asensio İngiltərə klubunun heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2024/25 mövsümündə PSJ forması ilə 16 görüşdə iştirak edib, 2 qol və 4 assist müəllifi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə