Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb. SİA-nın məlumatına görə, sənədə əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin ehtiyat fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.
Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib.
Bütün xəbərlər Facebook səhifəmizdə