Abramoviçi məhkəməyə vermək istəyirlər...

Böyük Britaniya höküməti İngiltərənin “Çelsi” komandasının keçmiş prezidenti Roman Abramoviçi məhkəməyə vermək niyyətindədir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, buna səbəb hökümətin klubun satışından əldə olunan gəlirdən payına düşən 2,34 milyard funt-sterlinqi (təxminən 250 milyard rubl) ala bilməməsidir.

Britaniyanın maliyyə naziri Reyçel Rivz və xarici işlər naziri Devid Lammi rusiyalı iş adamı ilə bu məsələdə razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etmək istəyirlər.

Qeyd edək ki, Roman Abramoviç 2022-ci ildə sanksiyaya məruz qaldıqdan sonra “Çelsi” klubunu satıb.

Bütün xəbərlər Facebook səhifəmizdə