Minifutbol turnirinə yekun vurulub

AFFA-nın təşkilatçılığı, UEFA, Elm və Təhsil Nazirliyinin dəstəyilə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin 2024/2025 mövsümü üzrə minifutbol turnirinə yekun vurulub. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bakı və Sumqayıt üzrə ümumilikdə 36 məktəbin kollektivi yarışda iştirak edib.

III yer uğrunda mübarizədə 292 nömrəli məktəbin komandasını üstələyən 20 nömrəli məktəbin kollektivi bürünc mükafata yiyələnib. Final qarşılaşmasında isə 229 nömrəli məktəbin komandası 276 nömrəli məktəbin kollektivinə qalib gələrək yarışın qalibi olub.

Turnirdə qalib AFFA tərəfindən kubokla, ilk 3 yeri tutanlar müvafiq medallar və xüsusi hədiyyələrlə təltif ediliblər. Müxtəlif nominasiyalar üzrə mükafatlarda təqdim olunub. 276 nömrəli məktəbin üzvü Yusif Məmmədzadə ən yaxşı qapıçı, 229 nömrəli məktəbin oyunçusu Sara Qaribova isə ən yaxşı futbolçu nominasiyaları üzrə mükafatlandırılıblar.

Mükafatları və kuboku iştirakçılara AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə