Türkiyə Super Liqasında 2024/25 mövsümünə yekun vurulub. SİA xəbər verir ki, 38-ci turun sonuncu oyun günündə 2 görüş baş tutub.
“Bodrumspor”la qarşılaşan “Beşiktaş” darmadağına sevinib. “Samsunspor” isə evdə “Kayserispor”a qalib gəlib.
Beləliklə, çempion “Qalatasaray” mövsümü 95 xalla zirvədə tamamlayıb. “Fənərbağça” 84 xalla ikinci, “Samsunspor” 64 xalla üçüncü, “Beşiktaş” 62 xalla dördüncü, “Başakşəhər” 54 xalla beşinci yeri tutub.
“Bodrumspor” (37), “Sivasspor” (35), “Hatayspor” (26) və “Adana Dəmirspor” (2) elitanı tərk ediblər.
Türkiyə Super Liqası
38-ci tur
30 may
Antalyaspor – Trabzonspor 0:2
Qollar: Zubkov, 55. Lundstram, 57.
Qalatasaray – Başakşəhər 2:0
Qollar: Mertens, 17-pen. Osimhen, 81.
Kasımpaşa – Göztəpə 1:2
Qollar: Uanes, 47 – A.İldiz, 33-pen. Viktor Huqo, 90+2.
31 may
Fənərbağça – Konyaspor 2:1
Qollar: İ.C.Kahveçi, 75. Ən-Nəsiri, 75 – M.Bostan, 4.
Rizəspor – Hatayspor 5:2
Qollar: Akintola, 43. Sou, 50; 90+3. E.Bulut, 72. Olavoyin, 90 – Y.A.Buz, 68. K.Alıcı, 74.
Adana Dəmirspor – Qaziantep 2:2
Qollar: Aliui, 11; 35 – Maksim, 32-pen. Boatenq, 64.
Alanyaspor – Sivasspor 2:0
Qollar: E.Keskin, 33. A.Usluoğlu, 66.
1 iyun
Bodrumspor – Beşiktaş 0:4
Qollar: M.Hekimoğlu, 12; 45+1. J.Fernandes, 27. Joao Mario, 71-pen.
Samsunspor – Kayserispor 2:1
Qollar: S.Aydoğdu, 90+5. Muxa, 90+8 – Nazon, 46
Bütün xəbərlər Facebook səhifəmizdə