Formula 1 İspaniya Qran Prisinin qalibi müəyyənləşdi

Avstraliyalı McLaren komandasının pilotu Oskar Piastri Formula 1 İspaniya Qran Prisinin qalibi olub.

SİA bu barədə rus saytlarına istinad edir.

Müsabiqənin qalibi Barselona-Katalunya dairəsində bazar günü, iyunun 1-də baş tutan yarışın nəticələrinə əsasən müəyyən edilib.

Piastrinin komanda yoldaşı britaniyalı Lando Norris ikinci olub.

İlk üçlüyü Monako təmsilçisi “Ferrari”dən Çarlz Lekler tamamlayıb.

Sonuncu yarışın qalibi Norris olub.

Qran Prinin növbəti mərhələsi iyunun 13-dən 15-dək Kanadada keçiriləcək.

Piastri 11 mərhələdən sonra 186 xal toplayıb və ümumi sıralamada liderliyini möhkəmləndirib.

Onu 176 xalla Norris izləyir.

Üçüncü yeri 137 xalla Red Bull komandasının holland pilotu Maks Ferstappen tutur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə