ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) ikinci finalçı bəlli olub.
SİA xəbər verir ki, yarımfinal mərhələsində “Nyu-York Niks”i mübarizədən kənarlaşdıran “İndiana Peysers” 25 ildən sonra ilk dəfə həlledici görüşə vəsiqə qazanıb.
Qeyd edək ki, bu komandanın finaldakı rəqibi “Oklahoma-Siti Tander” olacaq. Final seriyasına iyunun 6-da start veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə