“Milan” “Mançester Siti”dən icarəyə götürdüyü Kayl Uokerlə müqaviləni satın almayacaq. SİA xəbər verir ki, bu barədə “Calciomercato” məlumat yayıb. Yeni futbola uyğunlaşma və zədələr 35 yaşlı müdafiəçinin “Milan”ın vacib hissəsinə çevrilməsinə mane oldu. “Rossoneri” müqaviləni almaq üçün 5 milyon avro ödəməli idi. İngilis futbolçu 2026-cı ilin yayına kimi müqaviləsi olan “Mançester Siti”yə qayıdacaq. Bununla belə, “şəhərlilər” da veteranla hesablaşmır və ondan qurtulmaq niyyətindədir. Uoker bu ilin yanvarında “Milan”a keçib. O, bütün turnirlərdə 15 matçda iştirak etsə də, qol vura bilməyib. Kaylın transfer dəyəri hazırda 6 milyon avro olaraq qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə