Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün ikinci oyununa çıxacaq. SİA-nın məlumatına görə, komanda Sloveniya yığması ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:00-da start götürəcək.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir.
Yığma birinci oyununda Macarıstana uduzub - 0:3. Sloveniya isə öz növbəsində Macarıstan komandasına eyni hesabla qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə