“Sabah”la oyunda futbolçularımın çıxışından razı qaldım

“Futbolçularımın çıxışından razı qaldım. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı çıxış edəcəyik”.

SİA xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunda “Sabah”a əlavə vaxtda 2:3 hesabı ilə uduzduqları oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, hakim idarəçiliyindən narazı qalmadığını söyləyib: “Hakimlər üçün belə oyunları idarə etmək olduqca çətindir. Futbolçuların da aqressivliyi başadüşüləndir. Mən onlarda bir qəbahət görmürəm. Belə matçlarda futbolçular da öz əsəblərini cilovlaya bilmirlər”.

Təcrübəli mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda möhtəşəm atmosferin olduğunu da vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə