Azərbaycanın basketbol millisi təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb
Mayın 25-dən Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq prosesinin ilk mərhələsini yekunlaşdırıb. Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yığma toplanış zamanı bir neçə yerli klubla yoxlama oyununda üz-üzə gəlib.
Baş məşqçi Erhan Toker bu qarşılaşmalarda bütün oyunçulara şans verib.
Bundan əlavə, milli Türkiyə çempionatında baş tutmuş "Tofaş" - "Bahçeşehir" pley-off oyununu canlı izləmək şansı da əldə edib.
Qeyd edək ki, hazırlıq prosesində əsas məqsəd 5-13 iyul aralığında Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarına hazırlaşmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə