Dünya çempionatı: Azərbaycan minifutbol millisi finala yüksəlib

Azərbaycan minifutbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

SİA xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Monteneqronu sınağa çəkib.

Qarşılaşma ölkəmizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da yığmamız mundialın finalına vəsiqə qazanıb.

Həlledici görüş iyunun 1-də təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə