Millətlər Liqası: Azərbaycan yığması Litvaya məğlub olub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.

SİA xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Litva seçməsini qəbul edib. Bayıl stadionunda təşkil olunan qarşılaşma rəqibin 5:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, aktivində 5 xalı olan Azərbaycan millisi öz qrupunu ikinci pillədə tamamlayıb. Bir oyun az keçirən Litva seçməsi isə 3 xalla sonuncudur.

Bütün xəbərlər Facebook səhifəmizdə