Azərbaycan Motosiklet İdman Federasiyasına yeni prezident seçilib

Mayın 30-da Motosiklet İdman Federasiyası İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.

Federasiya prezidenti Kür Səfərəliyev təşkilata rəhbərlik etdiyi müddətdə bu idman növünün inkişafı üçün əlindən gələni etdiyini bildirib və yeni seçiləcək federasiya rəhbərliyinə uğurlar arzulayıb.

Daha sonra federasiya rəhbərliyinə seçki keçirilib. Fuad Bağırov Motosiklet İdman Federasiyasının prezidenti seçilib. Sabir Babayev I vitse-prezident, Emil Quliyev vitse-prezident, Azər Əliyev və Rüfət Dadaşov isə İcraiyyə Komitəsinin üzvləri seçiliblər.

Sonda Fuad Bağırov bu idman növünün inkişafı üçün əlindən gələni edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə