"Bizim ölkəmizdən başqa digər ölkələrdə belə möhtəşəm təşkilatçılıq qabiliyyəti olsun" - KEÇMİŞ FUTBOLÇU ŞƏRH ETDİ

"İnanmıram ki, bizim ölkəmizdən başqa digər ölkələrdə belə möhtəşəm təşkilatçılıq qabiliyyəti olsun. Azərbaycanda keçirilən tədbir məncə hər üç baxımdan səviyyəni göstərdi: həm təşkilati baxımdan, həm iştirakçılar baxımından, həm komandalar baxımından, həm də Azərbaycan tamaşaçıları baxımından". Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, hər oyunu izləyirəm və milliyə dəstək olanların sədaqəti, səmimiyyəti çox təsirlidir. O görüntülər möhtəşəm idi. Təşkilatçılara, komandalara yalnız alqış düşür. Çox yüksək səviyyəli bir tədbir keçirilir və millimiz də bu çempionatda gözəl çıxış edir: "Mini futbol son illər çox populyarlaşmağa başlayıb, böyük futboldan daha çox maraq görür. Mini futbola marağı artırır. Bildiyiniz kimi, bu sahə yeni bir istiqamətdir və Azərbaycanda getdikcə populyarlaşır. Ümumilikdə bu, çox böyük bir işdir. Ona görə də sadəcə 'çox sağ olun' deyə bilərəm və iştirakçılara uğurlar arzulayıram. Və onuda qeyd etmək istəyirəm ki, mini futbolun bir sıra istiqamətləri var. Bunlardan biri də, media liqalarıdır. Dünyanın bir çox yerində bu tip media liqaları populyarlaşır və maraq artırır – həm idmana, həm də futbola. Düşünürəm ki, bu liqanın təşkilatçıları çox böyük iş görürlər. Orada iştirak etmək üçün çox vaxt və zəhmət sərf olunur. Sadəcə alqış düşür. İnanıram ki, bu sahədə görülən işlər həm Azərbaycan futbolu, həm də ümumiyyətlə ölkəmiz üçün faydalıdır. Gələcəkdə belə idman növləri və tədbirlər daha çox olsa, maraq da bir o qədər artacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə