Azərbaycanın yunan-Roma güləşçiləri Qazaxıstanda təlim-məşq toplanışında iştirak edəcəklər

Azərbaycanın yunan-Roma güləşi üzrə U-20 millisi iyunun 1-də Qazaxıstanın Çimkənd şəhərində yerləşən Alma-Tau təlim-məşq bazasında hazırlıq prosesinə start verəcək. SİA xəbər verir ki, yığma üzvləri yerli komanda ilə birgə iki həftə təlim-məşq toplanışında iştirak edəcək.

Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Turac Həsənli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov, Vədat Qasımlı (hər ikisi 60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev, Roman Kərimov (hər ikisi 67 kq), Kamran Rəcəbli, Seymur Qasımov (hər ikisi 72 kq), Davud Məmmədov, Cavad Məmmədov (hər ikisi 77 kq), Elmin Əliyev, Cavidan Nəhmətov (hər ikisi 82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130kq) qalib adı uğrunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə