"Araz-Naxçıvan" futzal klubu rusiyalı baş məşqçisi Yevgeni Kukseviçlə yeni müqavilə imzalayıb. Bu barədə SİA-ya klubun vitse-prezidenti Mahmud Sadıqov məlumat verib.
Rusiyalı mütəxəssislə yeni anlaşmanın müddəti 1 illikdir. Bununla yanaşı, futzalçılardan Covanni ilə də eyni müddətə müqavilə imzalanıb.
Qeyd edək ki, Naxçıvan təmsilçisi Azərbaycan Yüksək Liqasının 2024/2025 mövsümünün qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə