Azərbaycanın futbol hakimlərinin yayda təlim-məşq toplanışı olacaq. SİA-nın məlumatına görə, ədalət təmsilçiləri 2025/2026 mövsümünə Bakıda hazırlaşacaqlar.
Toplanışın iyulun ikinci yarısında start götürəcəyi planlaşdırılır. Referilərin bir neçə yoxlama oyunu idarə edəcəyi də gözlənilir.
Qeyd edək ki,Azərbaycan hakimləri qışda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə