Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında bu gün mübarizəyə start verir. SİA-nın məlumatına görə, komanda Macarıstan yığması ilə üz-üzə gələcək.
Qarşılaşma Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da start götürəcək.
Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv ilk turun görüşlərini Bakıda keçirir. Milli iyunun 1-də Sloveniya ilə üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə