I Liqanın çempionu "Qəbələ" 5 futbolçu ilə yollarını ayırıb. SİA xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Premyer Liqaya vəsiqə qazanan bölgə təmsilçisi qapıçı Müşviq Nadirov, yarımmüdafiəçi Samir Həsənov və hücumçu Ruslan Voronsovla başa çatan müqavilələri uzatmayıb. Müdafiəçi İbrahim Ramazanov və yarımmüdafiəçi Oçe Oçoveçinin icarə müddəti isə başa çatıb.
Qeyd edək ki, bu futbolçuların dördü 2024-cü ilin yayından, İbrahim 2025-ci ilin əvvəlindən "qırmızı-qaralar"ın formasını geyinirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə