Minifutbol millimiz İngiltərəyə qalib gələrək yarımfinala yüksəlib

Minifutbol millimiz İngiltərəyə qalib gələrək yarımfinala yüksəlib

Azərbaycanın minifutbol millisi Bakıda keçirilən dünya çempionatında növbəti oyununa çıxıb.

SİA xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda İngiltərə yığmasını sınağa çəkib. Matç millimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qollardan birini Təmkin Xəlilzadə vurub. Digəri isə avtoqol sayəsində reallaşıb.

Azərbaycan seçməsi növbəti raundda Monteneqro ilə üz-üzə gələcək.

Qeyd edək ki, mundiala iyunun 1-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə