Azərbaycanın dörd cüdoçusu kata üzrə Avropa çempionatında iştirak edəcək

31 may - 1 iyun aralığında Latviyanın paytaxtı Riqadakı kata üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb. Bu barədə SİA-ya Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qitə yarışında ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Onlar “Nage-no-kata” və “Katame-no-kata” üzrə mübarizə aparacaqlar.

Nage-no-Kata

İsmayıl Rzayev - tori (hücum edən idmançı)

Samir İsmayılov - uke (hücum edilən idmançı)

Katame-no-kata

Rafiq Nəcəfov - tori

Seymur Məcidli - uke

Qeyd edək ki, turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə