Azərbaycan idmançıları Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatında iştirak edəcəklər. Bu barədə SİA-ya Azərbaycan Karate Federasiyasının mətbuat xidmətindən bildirilib.
Mayın 31-dən iyunun 1-nə qədər keçiriləcək full kontakt kyokuşin karate üzrə birinci dünya çempionatında Azərbaycanın kyokuşin karate millisinin iki üzvü -Balaəmi Əhmədov (60 kq) və Əliqismət Həsənov (70 kq) mübarizə aparacaqlar.
Yarış nüfuzlu Tokio Ariake Arenada baş tutacaq.
Komandaya AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti, kyokuşin karate üslubu üzrə məsul şəxsi Allahverdi Rüstəmov rəhbərlik edəcək.
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Mübariz Məlikov da yarışda Azərbaycanı təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB