"Sabah"ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Kubokunu qazanan 17-ci mütəxəssis ola bilər. SİA Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir vi, indiyədək 16 mütəxəssis belə uğura imza atıb.
Cari mövsümün həlledici matçında "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcəklər.
Finalçıların baş məşqçiləri həlledici matça fərqli göstəricilərlə çıxacaqlar. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov bu turnirdə hamıdan çox qalib olub. Ağdam klubu ilə 6 kubok qazanan təcrübəli məşqçi özünün sahib olduğu rekordu yeniləməyə çalışacaq. Finallarda məğlubiyyət görməyən Qurbanov bu tendensiyanı davam etdirmək, 7-ci titula sahib çıxmaq istəyir.
Azərbaycan Kubokunu qazanan baş məşqçilər
1. Qurban Qurbanov - 6
2. Mehman Allahverdiyev - 4
3. Agasəlim Mircavadov - 3
4-7. Böyükağa Hacıyev, Kazbek Tuayev, Əsgər Abdullayev, Sənan Qurbanov - 2
8-16. Böyükağa Ağayev, Məmmədəli Məmmədov, Əhməd Ələsgərov, Cüneyt Biçər, Mirça Rednik, Vaqif Sadıqov, Novruz Əzimov, Yuri Maksimov, Elmar Baxşıyev - 1.
Bütün xəbərlər Facebook səhifəmizdə