Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək - FOTO
Azərbaycan 2026-cı ildə xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək. Bu barədə SİA-ya Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİNF) məlumat verilib.
AQİNF tərəfindən bu yarışların Azərbaycanda təşkili üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (İSMF) ünvanlanan müraciət müsbət qarşılanıb.
Əldə olunan razılığa əsasən, ISMF tərəfindən yarışların "Şahdağ" Turizm Mərkəzində keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarışlar beynəlxalq federasiyanın yarış təqviminə salınıb.
Avropa çempionatının 2026-cı ilin 4-8 mart, Dünya Kubokunun isə 6-8 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə