“Bu komanda artıq çempionluğu təmin edib” - Sabiq baş məşqçi AÇIQLADI

“Azərbaycan Premyer Liqasının bu turunda 3 oyun baş tutub”. Bunu SİA-ya Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

O, Azərbaycan Premyer Liqasının 29-cu turunda baş tutan hər üç oyunu şərh edib.

Təcrübəli mütəxəssis bildirib ki, “Səbail” - “Turan Tovuz” (0:0) matçında fərqi-fərqli strateji məqsədləri olan komandalar qarşılaşmışdır. “Turan Tovuz”a vacib idi ki, qələbə qazansın, Konfrans Liqası üçündə yerini möhkəmləndirsin. Çünki artıq “Sabah” xal baxımından Tovuz təmsilçisini sıxırdı. Amma “Səbail”ə lazım idi ki, qələbə qazanaraq xal fərqini azaltsın. Ona görə hər iki komanda üçün qələbə lazım olduğundan meydançada mübarizəli oyun hökm sürürdü. Yaxşı bir mübarizəyə şahid olduq. “Turan Tovuz” kompakt oynayan komandalara qarşı əziyyət çəkdiyi üçün yaradıcı futbolçuların qıtlığı olduğuna görə daha çox standartlara ümid bəsləsələr də, alınmadı. Bu baxımdan öz işlərini çətinləşdirdilər.

Dünən ki, “Sabah” - “Kəpəz” (0:1) matçında meydan sahiblərinin xal qazanmaması ilə “Turan Tovuz”a 1 xal qazandırdı. “Sabah” “Neftçi” ilə göstərdiyi oyunu Gəncə təmsilçisinə qarşı göstərə bilmədi. Heyət demək olar ki, eyni qaldı. Fərqli oyun izlədik. Biz daha fərqli “Kəpəz” gördük. Strukturlu oyuna şahid olduq. “Sabah” isə fikrini kuboka yönəldib. O baxımdan çempionata elə də önəm vermir. Motivasiya baxımından isə komandaya qələbə lazımdır. Düşünürəm ki, “Sabah”ın bu 3 xalı itirməsi çempionata Konfrans Liqasına yaxınlaşmasında işini çətinləşdirdi. “Kəpəz” isə Premyer Liqada qalmaq naminə qarşıdakı məqsədlərinə daha da irəlilədilər.

“Qarabağ” - “Zirə” (1:0) matçında isə biz dinamik oyuna şahidlik etdik. Demək olar ki, hər bir komanda öz məqsədinə çatmaq üzrədir. “Qarabağ” demək olar li, çempionluğu təmin edib. “Zirə”də düşünmürəm ki, ikinci yeri əldən verəcək. Amma bütün bunlara baxmayaraq hər iki komanda optimal heyətlə meydançaya çıxmışdır. Gərgin mübarizəyə şahidlik etdik. Oyunun ədalətli hesabı 1:1 ola bilərdi. Penaltidə qaçırıldı. “Zirə” yaxşə oyun nümayiş etdirdi. Əsas olan odur ki, meydanda yaxşı oyuna şahidlik etdik.

Qeyd edək ki, turun növbəti oyunları “Şamaxı” - “Neftçi”, “Araz-Naxçıvan - Sumqayıt” qarşılaşması bu gün baş tutacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə