"Kəpəz"in futbolçusu Malta millisinə dəvət alıb

"Kəpəz"in futbolçusu Malta millisinə dəvət alıb

"Kəpəz"in futbolçusu Trent Buhagiar Malta millisinə dəvət alıb. SİA klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmaya çağırılıb.

Malta G qrupunda martın 21-də evdə Finlandiya, 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə