Misli Premyer Liqasında daha iki oyun keçirilib

Futbol üzrə Misli Premyer Liqasında XXV turun növbəti oyunları keçirilib.

SİA xəbər verir ki, ilk olaraq meydana “Turan Tovuz” və “Zirə” komandaları çıxıblar. Tovuz şəhər stadionunda təşkil olunan görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hazırda bölgə təmsilçisi turnir cədvəlində 42 xalla 4-cü, Bakı klubu isə 48 xalla ikinci pillədə yer alıb. Günün ikinci matçında isə “Sabah” evdə “Araz-Naxçıvan”ı qəbul edib. “Bank Respublika Arena”dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə nəticələnib. Meydan sahibləri 34 xalla 5-ci, qonaqlar isə 46 xalla üçüncü sırada qərarlaşıb.

Qeyd edək ki, turun ötən gün keçirilmiş oyunlarında “Səbail” evdə “Şamaxı”ya, “Sumqayıt” isə “Qarabağ”a 2:0 hesabı ilə məğlub olub. Tura martın 5-də yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə