AFFA Region Liqasının püşkü atma nəticələri BƏLLİ OLDU YENİLƏNİB/FOTOLAR

Bu gün AFFA Region Liqasının püşk atma tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov ümumi püşk atma haqqında məlumat verib. O qeyd edib ki, püşk atmada 56 komandanın iştirakı gözlənilirdi, lakin 2 komanda bu mərhələdə iştirak etməkdən imtina etdi. Nəticə də 54 komanda püşk atma mərhələsində iştirak edib.

54 komanda zonalar üzrə bölünərək seçilib. Bu zonaları Paytaxt və Şimal, Mərkəzi, Cənub, Şimal-Qərb və Qərb təşkil edir. Komandaların zonalar üzrə siyahısı bəlli olub.

Bununla yanaşı püşk atmada qarşı-qarşıya gələn komandalardan ilk iki yeri tutanlar 1/8 Final mərhələsinə vəsiqə qazanacaq. Eyni zamanda oyunlardan kənarda qalan komandalar Həvəskar Liqada oynaya bilər.

Qeyd edək ki, AFFA Region Liqasının oyunları martın 8-9-da keçiriləcək

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə