Azərbaycan idmançıları ənənəvi ciu-citsu yarışında 3 medal qazanıblar - FOTO

Ənənəvi Avstraliya Milli Ciu-citsu Çempionatı (AJP Tour) çərçivəsində İtaliyanın Roma şəhərində yarış keçirilib. SİA xəbər verir ki, yarışda Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyini təmsil edən idmançılar Fərid Hadıyev, Fuad Əliyev və Rita Kovari uğurla çıxış ediblər.

F.Hadıyev (77 kiloqram) “Qəhvəyi kəmər uğrunda” 2-ci yerə çıxıb. F.Əliyev (46 kiloqram) uşaqlar arasında “Ağ kəmər uğrunda” bürünc medala yiyələnib. R.Kavari (62 kiloqram) isə qadınların mübarizəsində “Ağ kəmər uğrunda” fəxri kürsünün 2-ci pilləsinə qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə