İspaniya La Liqasının 2024/2025 mövsümünün 24-cü turunun "Osasuna" və "Real Madrid" komandalarının qarşılaşdığı matç başa çatıb. Komandalar Pamplonadakı "El Sadar" stadionunda çıxış ediblər. Matçı Xose Munuera Monteronun (İspaniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Yekun nəticə 1:1-dir.
SİA-nın məlumatına görə,15-ci dəqiqədə "Real Madrid"in hücumçusu Kilian Mbappe hesabı açıb. 39-cu dəqiqədə "Los Blancos"un yarımmüdafiəçisi Cud Bellinqhem qırmızı vərəqə alıb. Osasunanın cavab qolunu 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən hücumçu Ante Budimir vurub.
La Liqanın 2024/25 mövsümünün turnir cədvəlinə 24 oyundan sonra 51 xalı olan "Real Madrid" başçılıq edir. Osasuna da eyni sayda oyundan sonra 32 xalla 7-ci yerdədir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə