"Kəpəz"in futbolçusunun qolu yanvar ayının ən yaxşısı seçilib

"Kəpəz"in futbolçusu Turan Manafovun Misli Premyer Liqasının XIX turunda "Turan Tovuz"a vurduğu qol yanvar ayının ən yaxşısı seçilib. SİA xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Turan Tovuz”la matçın 17-ci dəqiqəsində cərimə zərbəsindən fərqlənən T.Manafovun qolu münsiflər heyəti tərəfindən "Ayın qolu" layihəsinin qalibi seçilib.

Qeyd edək ki, Tovuz şəhər stadionunda keçirilən qarşılaşma "Kəpəz"in 5:2 hesablı qələbəsi ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə