Azərbaycanın daha 3 taekvondoçusu Türkiyədə medal qazanıb - FOTOLAR
Azərbaycanın daha 3 taekvondoçusu Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində medal qazanıb. Taekvondo Federasiyasından SİA-ya verilən məlumata görə, milli komandanın üzvləri Xanoğlan Kərimov (68 kiloqram), Cavad Ağayev (80 kiloqram) və Həmidreza Bədrialiabadi (+87 kiloqram) böyüklər arasında 3-cü yeri tutublar.
Medala gedən yolda X.Kərimov 4, H.Bədrialiabadi və C.Ağayev isə 3 rəqibi üzərində qələbə qazanaraq fəxri kürsüyə qalxıblar.
Qeyd edək ki, daha əvvəl böyüklər arasında Mədinə Əkbərova (46 kiloqram) bürünc medal əldə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB