Azərbaycan parataekvondoçusu Orxan Cəfərov (80 kiloqram) Antalya şəhərində keçirilən Türkiyə Açıq turnirində bürünc medal qazanıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanı K44 kateqoriyasında təmsil edən idmançı yarışa 1/8 finaldan start verib. O.Cəfərov ardıcıl olaraq türkiyəli və meksikalı rəqiblərini məğlub etsə də yarımfinalda mübarizəni dayandırıb və 3-cü yerlə kifayətlənib.
Qeyd edək ki, turnir "Los-Anceles-2028" Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə