"Barselona"nın yarımmüdafiəçisi İngiltərə nəhənginin hədəfində

"Liverpul" yayda hazırda "Barselona"da çıxış edən 27 yaşlı yarımmüdafiəçi Frenkie de Yonqu transfer etməyi düşünür.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.

Bildirilir ki, İngiltərə klubu hələ də yarımmüdafiə xəttini gücləndirməkdə maraqlıdır. "Barselona"nın isə niderlandlı futbolçunu 35 milyon avroya sata biləcəyi vurğulanır.

Qeyd edək ki, de Yonq bu mövsüm bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib.

27 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 45 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə