"Qalatasaray" qrup mərhələsində ilk qələbəsini qazanıb

"Qalatasaray" Türkiyə Kubokunun qrup mərhələsində növbəti oyununu keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İstanbul təmsilçisi C qrupunun II tur qarşılaşmasında səfərdə "Boluspor"un qonağı olub. Matç "cim-bom"un 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray"ın qollarını Alvaro Morata, Eyüp Aydın, Yusuf Dəmir və Ahmed Kutucu vurublar. Ev sahibi komandanın yeganə qoluna isə azərbaycanlı futbolçu Vüsal İsgəndərli imza atıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran "Qalatasaray" 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə