Ailəsi ilə birlikdə İstanbula gələn futbolçu Devid Bekhem bir idman brendinin təşkil etdiyi tədbirdə influenserlərlə görüşüb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Fatih Terimin qızı Buse Terim də olub.
Keçən yay Devid Bekhemlə Kapridə tanış olub və onunla şəkil çəkdirmək istəyən Buse Terim məşhur futbolçu tərəfindən rədd edilmişdi. Bu dəfə Bekhem Terimin xahişini geri çevirməyib və onlar bir araya gəldikləri gecədə şəkil çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə