"Cenoa”nın 34 yaşlı hücumçusu Mario Balotelli karyerasını A seriyasında da çıxış edən “Venesiya”da davam etdirə bilər. SİA xəbər verir ki, bBu barədə “Sky Sport Italia” məlumat yayıb. Daha əvvəl “Cenoa”nın idman direktoru Marko Ottolini forvardın klubdan getməyə yaxın olduğunu bildirmişdi. Balotelli özü də oyun müddətindən narazı olduğunu bildirib.
Xatırladaq ki, Balotelli oktyabrın sonunda “Cenoa”ya azad agent kimi keçib. Bu müddətdə 34 yaşlı futbolçu A Seriyasında 6 matçda iştirak edib və meydanda cəmi 56 dəqiqə olub, qol vurmayıb. Hazırda “Venesiya” İtaliya çempionatının turnir cədvəlində 19-cu yerdədir. Komandanın 23 oyundan sonra 16 xalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə