Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. SİA xəbər verir ki, günün ilk oyununda "Lənkəran" NTD-ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 87:73. Beləliklə, NTD 1/4 finala vəsiqə qazanıb və "Şəki"yə rəqib olub.
Qeyd edək ki, bu gün "Abşeron" - "Quba" görüşü 19:00-da start götürəcək. Bu raundun "Gəncə" - "Ordu" və "Sumqayıt" - "Neftçi" oyunları sabah təşkil olunacaq. "Naxçıvan", "Sabah", "Sərhədçi" və "Şəki" komandaları mübarizəyə 1/4 finaldan start verəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə