"Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

"Sumqayıt" doğma meydanda "Səbail"ə uduzub

Futbol üzrə Misli Premyer Liqasında XIX turun növbəti oyunu keçirilib.

SİA xəbər verir ki, günün ikinci qarşılaşmasında "Sumqayıt" və "Səbail" komandaları üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil edilən matç Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaqların heyətində qolları 48 və 79-cu dəqiqələrdə Rüfət Abdullazadə vurub.

Aktivində 20 xalı olan "kimyaçılar" altıncı, 12 xala malik "Səbail" isə doqquzuncu sırada yer alıb.

Günün ilk görüşündə "Zirə" "Araz-Naxçıvan"a 1 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, turun ötən gün keçirilmiş açılış matçında "Qarabağ" "Şamaxı"ya 3:2 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə