Fransanın “Paris-Sen-Jermen” (PSJ) klubu “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanı rəsmən heyətinə qatıb. SİA xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 23 yaşlı Kvaratsxeliya yeni klubunda 7 nömrəli formanı geyinəcək. Razılaşmaya görə, Xviça 2029-cu ilin iyun ayınadək PSJ-nin şərəfini qoruyacaq.
Qeyd edək ki, o, klubun tarixində ilk gürcüstanlı futbolçudur.
Bütün xəbərlər Facebook səhifəmizdə