Bu gün IX turdan təxirə salınmış bir oyun keçiriləcək

Bu gün IX turdan təxirə salınmış bir oyun keçiriləcək

Bu gün Azərbaycan Basketbol Liqasının IX turundan təxirə salınmış bir oyun keçiriləcək. SİA xəbər verir ki, A qrupunda "Naxçıvan" "Abşeron"la üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq.

Hazırda "Naxçıvan" qrupda 16 xalla ikinci pillədə qərarlaşıb. Beşinci olan "Abşeron"un isə 13 xalı var.

Qeyd edək ki, B qrupunun təxirə salınmış matçları sabah keçiriləcək. "Şəki" - "Gəncə" görüşü saat 14:00-da Şəki Olimpiya İdman Kompleksində start götürəcək. "Sumqayıt" - "Quba" qarşılaşması isə saat 19:00-da Sumqayıt Olimpiya İdman kompleksində başlayacaq. Oyunlar dekabrın 26-da Azərbaycanda matəm günü olduğu üçün təxirə salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə