Almaniya klubları "Mançester Siti"nin futbolçusunu icarəyə götürmək istəyir

Almaniyanın "Borussiya" (Dortmund) və "Bayer 04" klubları İngiltərə təmsilçisi "Mançester Siti"nin futbolçusu Ceyms Makatini icarəyə götürməyi planlaşdırırlar. SİA xəbər verir ki, hər iki kollektiv 22 yaşlı futbolçunun keçidini qış "transfer pəncərəsi"ndə reallaşdırmağı düşünür.

Oyunçu hazırda icarə əsasında “Şeffild Yunayted”də çıxış edir.

Qeyd edək ki, C.Makati "Mançester Siti"nin heyətində 16 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə